Ermənilərin üzərinə duman çökdü: 2017-ci ildə... - ŞOK DETALLAR

““Türkiyə-Ermənistan barışığı” prosesində hakimiyyətin ictimaiyyəti yalan və əsassız məlumatlarla “qidalandırmaq” hərəkətləri üzə çıxarılmalıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşündə “Ermənistan” blokundan olan deputat Geqam Manukyan deyib.

“Artıq 3 gündür ki, Türkiyə ilə Ermənistan arasında Ani körpüsünün təmiriylə bağlı razılıq əldə olunduğu barədə məlumatlar yayılır. Çavuşoğlu Mirzoyanın hüzurunda etdiyi çıxışda İpək Yolu körpüsünün adını çəkir, halbuki bu körpü Aninin tarixi körpüsü hesab olunur. Amma hələ 2017-ci ildə Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, habelə gəmiçilik, rabitə, nəqliyyat naziri Qarsa, Aninin tarixi abidələrinə baş çəkib, körpünün yanında olub, gələcəyindən danışıblar. Bundan əlavə, 2019-cu ildə Türkiyənin təbiəti mühafizə naziri İpək Yolunun çox vacib olduğunu və körpünün təmirə ehtiyac duyduğunu bəyan edib. 23 iyun 2019-cu ildə Türkiyənin keçmiş nəqliyyat naziri Qars Dəmiryolu İdarəsinin Ani körpüsünün təmiri üçün tender elan etdiyini açıqladı. Türkiyədəki çoxsaylı digər mənbələrə görə, körpünün təmiri üçün rəsmi tədbirlərə başlanıldığı da açıqlanıb. O vaxt “Türkiyə-Ermənistan” arasında münasibətlərin yaranması prosesi getmirdi, Türkiyənin də fəal iştirak etdiyi 44 günlük müharibə baş verməmişdi. Ani körpüsünün təmirinin bugünkü Türkiyə-Ermənistan dialoqu ilə heç bir əlaqəsi yoxdur”, - deyə Manukyan bildirib.

Onun sözlərinə görə, son günlərdə erməni mediasında Qars körpüsü ilə bağlı bəzi layihələr və eskizlər dolaşır. Lakin bu eskizlər 2019-cu ildən Türkiyə mənbələrində dərc olunub: “Hələ 29 iyun 2020-ci ildə Ermənistan mətbuatında tarixi Ani körpüsünün təmir olunduğu barədə çoxlu yazılar dərc olunmuşdu. Bu, bir daha sübut edir ki, Türkiyə-Ermənistan münasibətlərinin tənzimləməsi prosesi sadəcə olaraq ermənilərin üzərinə duman kimi çökür, lakin bundan daha ciddi proseslər gedir”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin