Aprelədək Xankəndidəki separatçı rejim təslim olmalıdır - Gürcüstanda gözlənilən sülh danışıqlarına qədər...

Ermənistan ordusunun və Qarabağdakı quldurların silaha əl atması hərbi əməliyyatları tezləşdirə bilər; ekspertlərdən nikbin açıqlamalar: “Gec-tez Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq, başqa yol yoxdur”; “Belə görünür ki, İrəvanda siyasətçilər xüsusi təyinatlılarımızı görmək üçün darıxıblar”

Prezident İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında görüşləri və çıxışları zamanı Ermənistanın sülh danışıqlarını necə pozmasını da dünyaya bir daha detallarla təqdim etdi. Ermənistanın baş nazirinin yalanları bir fayda vermədi və mahiyyət, nəticə etibarı ilə bu konfransın ciddi nəticələri mövcuddur...

Artıq görünən budur ki, Nikol Paşinyan həm özünün, həm də Ermənistanın xilası üçün sülh müqaviləsini imzalamaqdan başqa çıxış olmamasının fərqindədir və bu, həm də bir şərt kimi onun qarşısında qoyulur. Münhen Konfransında diqqəti xüsusi cəlb edən bir məqam da məhz tarixdə ilk dəfə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərlərinin eyni vaxtda bir platformada görüşməsidir. Bu ona işarədir ki, növbəti sülh danışıqlarının Gürcüstanda keçirilməsi planı üzrə müəyyən işlər gedir. Məlumata görə, aprel ayında Gürcüstanda sülh danışıqları üzrə görüş baş tutmalıdır. Bu məkanda və formatda görüşü ABŞ və Avropa İttifaqı dəstələyir və təşəbbüs onlardan gəlib. Onu da nəzərə çatdıraq ki, Azərbaycan və Ermənistan bir-birilərinə yeni sülh təklifləri də yollayıblar və hazırda onlar üzərində iş gedir. Burada Azərbaycanın konkret və qəti tələbi sülh danışıqlarında Qarabağa dair müddəanın olmamasıdır. Çünki Qarabağla bağlı məsələ bitib, Xankəndidə və sülhməramlıların müvəqqəti nəzarətində olan digər ərazilərdə yaşayan ermənilərlə birgəyaşayış məsələsinin həlli Azərbaycanın daxili işidir. Sülh müqaviləsi isə Ermənistanla Azərbaycan arasında olan bir prosesdir, bunun Qarabağa aidiyyəti yoxdur və olmamalıdır. Eyni zamanda ortada bu reallıq da var ki, Paşinyan iqtidarının Qarabağdakı ermənilərə “Azərbaycanla anlaşın” mesajı verməsinə dair iddialar ortada olsa da, separatçı rejim hələ də kənar təsirlərlə müqavimət göstərmək istəyir. Ruben Vardanyanın Xankəndinə atılması ilə burada vəziyyət qəsdən mürəkkəbləşdirilib və bunun arxasında Kremlin dayandığına da şübhə yoxdur. Azərbaycan isə ilk gündən bəyan edib ki, Qarabağ erməniləri ilə təmaslara hazırdır, ancaq Vardanyan kimi emissarlar, Qarabağa aidiyyəti olmayan adamlarla hansısa danışıqlardan söhbət gedə bilməz. Münhen Konfransında da bu bir daha bəyan olundu. İndi separatçı rejimin dəstəkçiləri yeni bir hiyləyə əl atıblar. AzadlıqRadiosunun erməni xidməti - “Azatutyun” yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhendə keçirilən təhlükəsizlik konfransında verdiyi bəyanatın ardınca Qarabağın separatçı siyasətçiləri arasında “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyanın istefası məsələsi qızğın müzakirələrə səbəb olub. Qarabağ “müxalifətçilərindən” Tiqran Petrosyan iddia edib ki, yaxın günlərdə “Qarabağ prezidenti” Araik Arutyunyan “dövlət naziri” Ruben Vardanyanı vəzifəsindən azad edəcək və onun yerinə “baş prokuror” Qurgen Nersisyan təyin olunacaq: “Mən düşünürəm ki, Araik Arutyunyan doğrudan da Ruben Vardanyanı yığışdıracaq və xalq arasında böyük məyusluq olacaq”. Müxalifətçi iddia edir ki, bu məlumatı Qurgen Nersisyanla, Arayik Arutyunyanla və Ruben Vardanyanın özü ilə söhbətlərindən əldə edib: “Əvvəlcə Qurgen Nersisyanla söhbətim oldu. O mənə dedi ki, artıq qərar qəbul olunub və Ruben Vardanyan getməlidir. Onun hansı üsulla gedəcəyi məlum deyil. Amma o dedi ki, "gedəcək və Arayik Arutyunyan ona (Nersisyana) dövlət naziri vəzifəsini təklif edib". T.Petrosyanın sözlərinə görə, o, daha sonra Ruben Vardanyanla danışıb və “belə başa düşüb” ki, onun istefası məsələsi “kənardan sırınır”. Amma o, bu “kənar”ın hara olduğuna aydınlıq gətirməyib: “Mən sonra Ruben Vardanyanla görüşdüm və belə başa düşdüm ki, kənardan Arayik Arutyunyana deyiblər ki, o, (Ruben Vardanyan-red.) getməlidir, amma özü (Arayik Arutyunyan) qalmalıdır. Bilirəm ki, Ruben Vardanyan istefaya gedəcəyini, Araik Arutyunyanın onu işdən çıxarmalı olacağını deyib”. “Azatutyun” yazır ki, bu informasiyanı hələ ki nə Arutyunyan, nə də Vardanyan təsdiq edib. Qarabağ separatçılarının oyuncaq “baş prokuroru” Qurqen Nersisyan isə “dövlət naziri” vəzifəsini tutmaq təklifi aldığını təsdiqləyib. Musavat.com xəbər verir ki, o, bu barədə yerli mediaya müsahibəsində bildirib. “Mənə təklif gəldi, amma hələ qərar verməmişəm”, - Nersisyan deyib.

Bu, növbəti bir axmaqcasına gedişatdır: separatçı rejimdə təmsil olunan siyasətçilər, İrəvandan, Rusiyadan, Avropadan məhz revanşizmə meylləndirilən bu adamların hər biri canidir və əli qana batmış şəxslərdir. Vardanyanı Nersisyanın əvəz etməsi o demək deyil ki, Azərbaycan dərhal separatçı rejimlə danışıqlara gedəcək. Azərbaycanın tələbi separatçı rejimin ləğvi və bundan sonra dinc ermənilərlə - hansılar ki, onlar Azərbaycan qanunları ilə ölkə vətəndaşı olaraq Qarabağda yaşamağa hazırdırlar - danışıqlar aparılmasıdır.

“Yeni Müsavat”ın əməkdaşına özəl mənbələrdən daxil olan məlumata görə, Azərbaycan bu məsələni konkret şərt kimi həm Avropa, həm Rusiya, həm də Ermənistan qarşısında qoyub və buna dair ilkin anlaşma var. Sülh prosesinin pozulmaması üçün separatçı rejimin özünü buraxması və revanşizmə, təxribatlara əl atılmaması mütləqdir. Bu baxımdan gələn məlumatlar ondan ibarətdir ki, aprelədək separatçı rejim ləğv oluna, silahlı ermənilər bölgədən çıxarıla və sadə ermənilərdən ibarət müəyyən bir qrupla danışıqlara başlanıla bilər. Bu, Azərbaycan tərəfindən verilən təklifdir və başqa alternativ də yoxdur. Aprel ayında Gürcüstanda başlayan sülh prosesinin nəticəsiz qalmaması üçün bunun reallaşması mütləqdir. Qarabağdakı separatçı rejimə Ermənistandan artıq siyasi dəstək verilmədiyi də bu arada sezilməməkdədir və pozitiv kimi qiymətləndirlə bilər. Ən azı 20 fevralda separatçı rejimin müqavimətə başlamasının 35 illiyinə dair toplantısından çəkilən şəkillərdə Ermənistandan siyasilərin olmaması da maraqlı idi. Əgər aprelədək separatçı rejim özünü buraxmasa, dinc yaşamaq istəyən ermənilər danışıqlara gəlməsələr, revanşist davranışları davam etdirsələr, Qarabağda antiterror qaçılmaz ola bilər və bu da təbii ki, sülh prosesinə təsirsiz ötüşməyəcək. Odur ki, məsələlər paralel şəkildə həyata keçirilməlidir və zaman da gözləmir. Ermənilərə fikirləşmək üçün düz 2 il 3 aydır ki, zaman verilib, bundan sonra həm 10 noyabr üçtərəfli bəyanatı, həm də Azərbaycan qanunları üzrə əməli işlər görmək mərhələsidir. Əgər separatçı rejim növbəti dəfə reallıqlara uyğun davranmazsa, nə baş verə bilər? Güman etmək olarmı ki, ilkin anlaşmalara əməl ediləcək?

Azərbaycan-İtaliya əlaqələrinin böyük perspektivi var"-Tural İsmayılov

Tural İsmayılov 

Politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ermənistana sülhlə bağlı 5 maddəlik prinsiplər təklif edib: “Ermənistan ilkin mərhələdə bu şərtləri guya qəbul etdiyini desə də sonradan müəyyən təxribatçı təzyiqlərlə geri addım atmağa və hər zamanki kimi manipulyasiyalar etməyə çalışdı. Gəlin baxaq: bu gün Ermənistana Rusiyanın əlində oyuncaq olan separatçı tör-töküntülər həqiqətən lazımdırmı? Bu gün Ermənistanda artıq aydın olan 3 təsəvvür mövcuddur. Birincisi, Ermənistan hakimiyyəti açıq etiraf edir ki, Azərbaycanla sülh Ermənistana daha çox lazımdır. Bu, əslində Ermənistan dövlətçiliyinin yeganə xilas yolunun da nə olduğunu göstərir. Yəni Ermənistan inkişaf etmək istəyirsə, Azərbaycandan asılı durumdadır artıq. İkincisi, Ermənistanla separatçılar və Vardanyan projesi arasında çatlar var. Çünki Ruben Vardanyan və Paşinyan bir-birilərinə nifrət edirlər. Üçüncü tərəfdən, Azərbaycan ərazilərində ermənilərlə bağlı məsələ ancaq Azərbaycanın daxili işidir. Qərbi Azərbaycan camaatının qayıdışla bağlı təzyiqləri gücləndikcə Ermənistan geri addım atır”. T.İsmayılov qeyd etdi ki, cənab Prezident İlham Əliyev Ermənistana sonuncu sülh şansı kimi bu ili göstərdi: “Azərbaycan rus sülhməramlılarının qalmaq müddətini əsla uzatmağa razılaşmayacaq. Ona görə proseslər daha da sürətlənməlidir. Separatçıların sülhə gəlməməsi antiterror əməliyyatlarımızı yaxınlaşdırır. Azərbaycandan kənada Qarabağ ermənilərinin taleyi mövcud ola bilməz. Bunu yaxşı başa düşürlər”. Ötən gün Qarabağdakı separatçıların və Ermənistan ordusunun Azərbaycanın mövqelərini atəşə tutmasına gəldikdə, ekspert dedi ki, erməni separatçı terrorçularının təxribatları qəsdli şəkildə edilir: “Hər halda, regionda gərginlik qalması ilə bağlı fon separatçılara və Rusiyadakı müəyyən dairələrə, Fransaya və hətta İrana da yarayır. Lakin gec-tez Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq, başqa yol yoxdur”.

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə uğurlu nəticələr  əldə olunub” - İlyas Hüseynov | 1news.az | Xəbərlər

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov isə qəzetimizə bunları söylədi: “59-cu Münhen Təhlükəsizlik Konfransında regional və qlobal miqyasda o qədər hadisələr baş verdi ki, hələ də müzakirə olunur. Bu dəfə Paşinyan Tiqran və Kokeyşin bürodan danışmasa da, təxribatçı və yalan fikirlərinin qarşısı alındı. Məscidlərlə bağlı absurd və saxta fikirləri də hiyləgərlik və auditoriyanı çaşdırmaq məqsədi daşıdığını nümayiş etdirdi. Paşinyan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır və qlobal güclər Qafqazda birgəyaşayışı təşviq edir. Bu cür təmaslar Azərbaycanın legitim hüququnu təsbit edir və zəmin üzərində hərəkətə keçmək üçün fürsət formalaşdırır. Məhz buna görə də separatizmin kökünü kəsmək üçün yaxşı imkanlar ortaya çıxır. Azərbaycan ərazisində qanunlarımız və konstitusiyamız keçərli olmalıdır. Sülh müqaviləsinin mətninə Qarabağla bağlı bəndin daşınmasına istənilən cəhd müharibəyə gətirə bilər”. İ.Hüseynovun sözlərinə görə, Vardanyan planının iflasa uğraması artıq faktdır və Münhendə faktın bəyan olunması baş verdi: “Bu gün separatçılarla nəinki danışıqlar aparılmayacaq, onların fiziki ləğv olunması haqqında da ciddi düşünmək lazımdır”. Politoloq son təxribatlara da reaksiya verdi: “Tovuz və Sədərək istiqamətində Ermənistan ordusu, Kəlbəcər, Xocavənd və Şuşa istiqamətində isə qanunsuz erməni silahlılarının 15 dəfə atəşkəsi pozması da göstərir ki, Ermənistan sülh istəmir, Azərbaycanı təxribata çəkir və sülh müqaviləsinin imzalanması işini ləngidirlər. Belə görünür ki, İrəvanda siyasətçilər xüsusi təyinatlılarımızı görmək üçün darıxıblar”.

Qeyd edək ki, revanişistlər artıq yuxarıda qeyd edilən prosesi pozmaq üçün də hərəkətləniblər. Belə ki, fevralın 21-i gecəsi Rusiya hərbi kontingenti Ağdərə istiqamətində atəşkəsin pozulması faktını açıqlasa da, güllənin hansı tərəfdən açıldığını məxfi saxladı. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Görünən budur ki, doğrudan da erməni quldurlar qapaz üçün darıxıblar. Əks təqdirdə, sülh danışıqlarının davam etdiyi və nikbin açıqlamaların gəldiyi günlərdə gərginlik yaratmağa çalışmazdılar.

Bütün hallarda əgər separatçı rejim özünü buraxmasa və təxribatlara əl atsa, sülh və birgəyaşayışa dair ilkin anlaşmaları növbəti dəfə pozsa, uduzan və daha dəhşətli zərbə alan məhz ermənilər və Ermənistan olacaq.(musavat.com)

E.PAŞASOY
 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin