Dünya bu vəhşi tayfanı görür, amma susur - Erməni ekoloji cinayəti

Gec-tez Ermənistan ekoloji cinayətlərinə görə cavab verəcək

Ermənistan ölkəmizin ərazisində ekoloji fəlakətlər törədərək təbiətə ciddi ziyan vurub. Zəhərli kimyəvi tullantıları Azərbaycan ərazisindən keçən çaylara axıdaraq günahsız insanların zəhərlənməsinə və ölümünə bais olub. Bununla da beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasını kobud surətdə pozub. Ermənistanın Beynəlxalq hüquq normalarına saymazlığı bu gün də davam edir. Hazırda bu ölkə Azərbaycana qarşı ekoloji terroru davam etdirir. Bu ekoloji müharibə təkcə ətraf mühitə deyil, həm də qonşu ölkələrə də ciddi təhlükə yaradır. Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatlarının ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları, demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu məqsədlə respublikamızda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətin qarşısı təcili alınmalıdır. Dünya birliyi Ermənistanın beynəlxalq aləmi fəlakətə sürükləyən ekoloji terrorun qarşısını almaqda birlik nümayiş etdirməlidir. Çünki Ermənistanın ekoloji terroru insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına ciddi təsir göstərir. Nəzərə alınmalıdır ki, bu tullantıların təsiri nəticəsində içməli su təchizatı ciddi şəkildə çirklənəcək. Sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artıracaq, həm Azərbaycana, həm də Ermənistana təsir edən təhlükəli ictimai səhiyyə böhranı yaranacaq. Oan görə də beynəlxalq təşkilatlara çağırış edilib ki, Ermənistanın bu özbaşınalığının, ətraf mühitə qarşı terrorunun qarşısı alınsın".

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov "Sherg.az"a açıqlamasında deyib ki, uzun illərdir Ermənistanda fəaliyyət göstərən müəssisələrin fəaliyyəti nəticəsində Azərbaycan ərazilərində ətraf mühitə güclü zərərlər vurulub və proses hələ də davam edir. QHT rəhbərinin sözlərinə görə, həmin müəssisələrdən axıdılan çirkab sular çayları çirkləndirir, təbiətə mənfi təsir göstərir:

"Nəzərə alsaq ki, çaylardan əhali içməli su və kənd təssərüfatında suvarma kimi istifadə edir, onda bu cinayətkar əməlin mahiyyəti daha aydın təsvir olunur. Ermənistan BMT və beynəlxalq konvensiyaları ciddi şəkildə pozaraq demək olar ki, onları heçə sayır. Bu məsələ artıq on illərdir Azərbaycan dövləti və vətəndaş cəmiyyəti səviyyəsində beynəlxalq ictimaiyyətə çatdırılsa da, ciddi reaksiyanın şahidi olmamışıq. Ermənistanın bu cinayətkar əməllərinin mənfi təsiri təkcə Azərbaycana zərər vurmur. Bütün Cənubi Qafqazda ekoloji vəziyyəti pisləşdirir. Dünyada əsas problemlərdən biri ekoloji vəziyyətlə bağlıdır. Planetin eko-sistemi insanların əməlləri nəticəsində onsuz da bərbad vəziyyətə düşməkdədir".

A.Xəlilov vurğulayıb ki, müraciətin əsas mahiyyəti Ermənistanın cinayətkar əməllərinin təkcə bizə yox, planetimizə vurduğu ziyanı beynəlxalq aləmə çatdırmaqdır: "Təəssüflər ki, 30 il erməni işğalına göz yuman beynəlxalq aləm bu gün Ermənistanın ekoloji cinayətinə də göz yumur. Lakin torpaqlarımızı davamlı mübarizəmizlə özümüz azad etdiyimiz kimi bu məsələdə də Ermənistanı cinayət əməlinə görə cəzalandırmağa nail olacağıq. Bütün dünya bu vəhşi tayfanın 30 il ərzində işğalda saxladıqları torpaqlarımızda törətdikləri vandalizmi seyr edib. Bu tayfaya hədiyyə olunan Ermənistan respublikasını "dövlət" saymaq olmaz. Əgər dövlət olsaydı, imzaladığı beynəlxalq konvensiyalara hörmət edərdi. Bunlar bir qrup quldurlardır. Köhnə texnologiyalarla dağ-mədən sanayesini mənimsəyərək, vəhşicəsinə pul qazanır, ətraf mühiti məhv edirlər. Onların mövcüd müəssisələrinin heç biri müasir standartlata cavab vermir. Çalışmalıyıq ki, digər qonşu dövlətlər də bu məsələdə bizimlə həmrəylik nümayiş etdirsinlər. Həmçinin beynəlxalq ekspertlərin bu müəssisələri monitorinq etmələrinə nail olaq".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin