İki ölkənin taleyini dəyişən sessiya – Etmənilər 35 il öncə bu gün bölgəni faciəyə sürükləyib

20 fevral tarixi ermənilər üçün “xüsusi” gün sayılır. Məhz 1988-ci ilin bu günündə Xankəndi şəhərində Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası keçirilib və bu toplantıda vilayətin Ermənistanın tərkibinə verilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul edilib.
Maraqlıdır, mövcud dövrdə Azərbaycan rəhbərliyi tabeliyində olan vilayətdə bu cür erməni özbaşınalığına necə yol verib? Hansısa bir tədbir görülübmü?

Əslində respublika rəhbərliyi Xankəndinin fevral hadisələrinə müdaxilə etməyə cəhd göstərib. Amma sözsüz ki, bu cəhdlərin qarşısının alınmasında Azərbaycanın da tabe olduğu Moskva əsas rol oynayıb. Bu məsələdə Kreml “mütləq” söz sahibliyini bir daha nümayiş etdirib.

Xankəndində_erməni_terrorçularının_toplanması.jpg (154 KB)

Bir az əvvələ, 20 fevral sesiyasından bir həftə əvvəlki hadisələrə nəzər salaq. Hələ fevralın 12-də Xankəndi şəhər partiya komitəsində şəhər fəallarının yığıncağı keçirilib. 1920-ci illərdən üzü bəri millətçi ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tabeliyinə verilməsini hansısa qapalı planlarla, siyasi hiyləgərliklə, iqtisadi baxımdan daha əlverişli olması ilə əlaqələndirərək istəklərini gerçəkləşdirmək istəyiblərsə, sözügedən iclasda fərqli fikirlər səsləndirilib. Bu dəfə onlar vilayətdə erməni əhalinin Azərbaycan rəhbərliyi tərəfindən sıxışdırılması ilə bağlı heç bir əsası olmayan fikirlərlə çıxış ediblər.Yığıncaqda Azərbaycan KP MK-nın ikinci katibi Vasili Konovalov və Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri Məhəmməd Əsədov da iştirak edib.

80060.jpg (134 KB)

İclasın başlanmasından 10-15-dəqiqə sonra Xankəndidə fəaliyyət göstərən müəssisələrin erməni rəhbərlərindən bir neçəsi Azərbaycanın əleyhinə kəskin fikirlər səsləndiriblər və vilayətin Ermənistanın tərkibinə verilməsini zəruri sayıblar. Həm Konovalov, həm də Əsədov bu çıxışlara sərt münasibət bildiriblər. İclasın gedişində Xankəndi şəhər partiya komitəsinin birinci katibi Zaven Movsesyan zalı bir neçə dəqiqlik tərk edib. O, öz kabinetindən birbaşa Kremllə əlaqə saxlayaraq Azərbaycan rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldığını məruzə edib. Elə bu telefon danışığından az sonra Konovalovu birinci katibin kabinetində telefona çağırıblar. Kremldən gələn zəngdə Konovalova göstəriş verilib ki, Əsədovla birlikdə Xankəndini tərk etsinlər. Konovalov və Əsədov vilayətin işlərinə kobud müdaxilədə və qeyri-demokratik münasibətdə ittiham olunublar.

Səhərisi gün fevralın 13-də Azərbaycan rəhbərliyinin Xankəndidən çıxarılmasından daha da “ruhlanan” millətçi ermənilər şəhərin baş meydanında mitinqlərə başlayıblar. Sıravi erməniləri mitinq və nümayişə cəlb edən millətçi “liderlər” sonrakı planlarını cızıblar. Bu planın əsas bəndi vilayət Xalq Deputatları Sovetinin sesiyasını çağırmaq və qərar qəbul etmək olub. Təbii ki, bu məsələdə vilayətin birinci katibi Boris Gevorkovla razılaşmaq və hesablaşmaq da vacib sayılıb.

кк.png (1.00 MB)

Bu missiyanı vilayətin Bədən tərbiyəsi və İdman Komitəsinin sədri (sonralar Xankəndi şəhər daxili işlər idarəsinin rəisi) Razmik Petrosyan və vilayətin baş cərrahı Edik Qukasyan öz üzərinə götürüb. Gevorkovun köməkçisi ilə əlaqə yaratdıqdan sonra görüşün vaxtı təyin edilib. Birinci katib separatçıların “elçi”lərini dinlədikdən sonra fikrini belə bildirib: “Çoxları elə düşünür ki, mən Bakının mövqeyini dəstəkləyirəm. Amma bu belə deyil. Mənim üçün Azərbaycan hökumətinin, Azərbaycan rəhbərliyinin hər hansı bir qərarı və göstərişi vacib deyil. Mən Moskvadan konkret cavab gözləyirəm. Bizim bu söhbətimiz isə aramızada qalmalıdır...”

Birinci katibin reaksiyası seperatçı “lider”lərin arasında müzakirə olunub. Onların arasında əsas fiqurlardan biri olan Xankəndi tikinti materialları kombinatının baş direktoru Arkadi Manuçarov bildirib ki, Gevorkovun reaksiyası təxminən “hə” cavabı deməkdir, bizim sessiyanı keçirməyimizə o, mane ola bilməyəcək. Ümumi razılıqdan sonra ayrı-ayrı bölgələrdəki vilayət deputatlarının səfərbər edilməsi işinə başlanılıb. Sözsüz ki, Xankəndidə baş verən hadisələr haqqında Bakıda da məlumatlı olublar.

BAGIROV KAMRAN.jpg (40 KB)

Sessiyanın keçirilməsinin nəzərdə tutulduğu fevralın 20-də Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov Xankəndiyə gəlib. Bu səfər ermənilər üçün gözlənilməz olub. Bağırov və onu müşayiət edən şəxslər, o cümlədən Moskvadan gələn Mərkəzi Komitənin məsul əməkdaşı Yaşin vilayət partiya komitəsinin inzibati binasında vilayət fəalları ilə söhbət aparıblar, keçiriləcək sessiyanın və həmin sessiyada Dağlıq Qarabağla bağlı qəbul ediləcək qərarın legitim olmamasını başa salmağa çalışıblar.
Razmik Petrosyan sonralar mətbuata verdiyi açıqlamalarda həmin günü aşağıdakı kimi xatırlayıb:
“Sessiyanın baş tutması üçün Azərbaycan rəhbərliyi Xankəndiyə gələn yolları nəzarətə götürmüşdülər. Məqsəd sessiyanın keçirilməsi üçün yetərsayın yığılmaması idi. Belə ki, rayon və kəndlərdən olan vilayət deputatları Xankəndiyə gəlmək üçün azərbaycanlıların yaşayış məntəqələrindən keçməli idilər. Bu işə azərbaycanlı milislər, əsas isə komendaturanın əməkdaşları cəlb edilmişdi. Müzakirələr axşam saatlarına qədər davam etdi. Bizə lazım olan yetərsay isə toplanmırdı...”

105727.jpg (161 KB)

Nəhayət, erməni separatçılar yetərsayın olması üçün öz xislətlərinə uyğun olaraq iyrənc bir addım atıblar. Onlar Kamran Bağırovu və onu müşayiət edən şəxsləri binadan çölə buraxmayıblar. Bu işin başında isə vilayət daxili işlər idarəsinin rəisi Armen İsaqulov dayanıb. Məhz Bakıdan gələnləri çölə buraxmamağı çöldəki ermənilərə o tapşırıb. Əvvəlsədən sövdələşmə olub ki, inzibati binanın qarşısına toplaşanlar Bakı rəsmilərinə çölə çıxmağa imkan verməsinlər və belə bir vəziyyətdə guya ki, isaqulov təmkin nümayiş etdirərək separatçılarla Bağrov arasında “körpü” yaradıb, onların tələbini Azərbaycan rəhbərinə çatdırıb. Tələb isə yollarda qalan deputatların Xankəndiyə buraxılması olub. Çox təəssüf ki, bu tələb yerinə yetirilib, İsaqulov yollardakı komendatura postlarına zəng vuraraq deputatların yolunu açmağa nail olub. Bakı rəsmiləri isə Xankəndini tərk ediblər.

00e8cb9700da343584059f417a2c8c72_L.jpg (72 KB)

Fevralın 20-də keçirilən sessiya axşam saat 21-də başlayıb. Vilayətin bir çox erməni vəzifəliləri bu işin qanunsuz olduğunu yaxşı anlayıb. Sessiyanın iclasına sədrlik etməkdən çoxları imtina edib. Gərgin müzakirələrdən sonra vilayət təhsil idarəsinin müdiri Vigen Ayrapetyan sədrliyi öz üzərinə götürüb. Sessiya saat 23-də öz işini sona çatdırıb, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi haqqında qərar qəbul edilib. Maraqlı məqamlardan biri də odur ki, qərarı rəsmi sənəd kimi təsdiqləmək üçün sənədə Xalq Deputatları Sovetinin möhürü vurulmayıb. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sədri Vladimir Osipov möhürü də özü ilə götürərək şəhərdən qaçıb.(musavat.com)

İlham Cəmiloğlu

Rəylər

Aşağıdakı məlumatları qeyd edin