“Şuşa Virtual Təbliğat Mərkəzi” adlı layihənin icrasına başlanılıb

“Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şuşa Virtual Təbliğat Mərkəzi” adlı layihənin icrasına başlayıb.

Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilovun yknews.az-a verdiyi məlumata əsasən layihə çərçivəsində Şuşa rayonunun virtual təbliği məqsədi ilə sayt yaradılacaq. Yaradılmış sayt bir neçə dildə fəaliyyət göstərəcək. Saytda Şuşa şəhərinin tarixi, faktlar, bütün tarixi-mədəniyyət abidələri, tarixi özündə əks etdirən eksponatları, Şuşa rayonunda yazıb yaratmış tarixi şəxsiyyətlər, vitual kitabxana, muzey, foto qalereya, Şuşa haqqında çəkilmiş sənədli filmlər,videoçarxlar, erməni faşizminin Şuşa şəhərində yaşayış və qeyri yaşayış binalarına və eləcədə təbiətinə vurduqları ziyan, iqtisadiyyat, statistika, işağaldan sonra Şuşa şəhərinin bərpası istiqamətində görülmüş işlər haqqında və böyük qayıdış ərəfəsində Şuşalıların fikirləri və Şuşa rayonuna qayıdışdan sonrakı görəcəkləri işlər haqqında məlumatlar öz əksini tapacaqdır. Sayt eyni zamanda istiqamət üzrə gündəlik xəbərləri də yayımlayacaq.  Bundan əlavə Şuşa haqqında sənədli film də layihə çərçivəsində hazırlanacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin