Azad Şuşa

 

Qarabağ xanlığının daha təhlükəsiz, müdafiə baxımından daha əlverişli qala-paytaxta ehtiyacı olduğundan Pənahəli xan qala-şəhər salınması üçün bu gün Şuşamızın yerləşdiyi platonu seçmişdi. Həqiqətən də Şuşa üçün seçilmiş ərazi relyefin mürəkkəbliyi ilə əlaqədar strateji baxımdan bütün zamanlarda çox əlverişli olub.

Beləliklə Şuşanın əsası qoyuldu, özü də qala-şəhər, xanlıq paytaxtı kimi qoyuldu. Yəni, Şuşa kiçik yaşayış məntəqəsinin böyüməsi nəticəsində şəhərəçevrilməmişdir. Onun əsası birbaşa şəhər olaraq qoyulmuşdur. Ancaq bütün bunlarla yanaşı Şuşa eyni zamanda həm də bir mədəni şəhər, paytaxt olmalı idi. Bu səbəbdən də buraya ilk olaraq memarlar, zadəganlar, ziyalılar, sənət- karlar, alimlər, musiqiçilər, müəllimlər və digər sənət sahibləri dəvət olun- muşdur. Bura yeni şəhərin əsasının qoyulması və inkişaf etdirilməsi işinə töhvə vermək istəyən insanlar toplaşdılar. O insanların bu işə böyük sevgisi və həvəsiolmuşdur. Çünki mürəkkəbrelyefi olan ərazidəşəhər salmaq böyük enerji və vaxt tələb edirdi. Ona görə də demək olar ki, şəhərinəsasının qoyul- ması işinə fədakar insanlar cəlb olunmuş və belə insanlar sonradan həm də yaxşı mənada fərqli şuşalı cəmiyyətini yaratmağa başlamışlar. Nəticədə hər mənada çox gözəl, inkişaf etmiş orta əsr Avropa şəhərləri ilə ayaqlaşan yeni bir Azərbaycan şəhəri yarandı. Sayı kifayətqədər olan məktəblər, mədrəsələr açıldı və şəhər qısa müddət ərzində çox inkişaf etdi. Beləliklə Şuşada böyük ziyalıordusu yarandı. Bu ziyalılar Azərbaycanımızın dünya miqyasında tanınmasında, Azərbaycanımızın inkişafında əvəzolunmaz rol oynadılar. Bu inkişafınnəticəsində şuşalı gənclər təhsilalmaq üçün artıqAvropaya üz tutur-dular. Bu isə şəhərdə Avropa dəbinin də yayılmasına səbəb olurdu. Şəhərdə geyimdə,ev əşyalarında, kulinariyada milli dəyərlərlə yanaşı Avropa üslu-

bu və dəyərləri də hökm sürürdü. Bütün sadalananlar şəhərin memarlığından da yaxşı mənada yan keçməmişdir. Bildiyiniz kimi şəhərdə17 məhəllə salınmışdır. Hər məhəllənin özünün meydanı, məscidi, bulağı və hamamı olub. Şəhərdəki evlər iki və üç mərtəbəli, böyük ölçülü və sayı çox olan iri pəncərəlivə eyvanlı olmaqlayerli mərmər daşdantikilirdi. Pəncərələr şəbəkəüslubunda düzəldilir, mərtəbələr arası məsafə daş ornamentlərlə bəzənir,evin damı kirəmitlə örtülürdü. Hər evin üzərində məlumat daşıyıcısı olan daş ki- tabəsi olurdu. Bu kitabədə mütləq Quran ayəsi və bir çox hallarda evin inşa edilmə tarixi, memarın və sahibinin adı da əks olunurdu.

Şuşada qış fəslininçox sərt keçməsivə yağıntının çox olması ilə əlaqədar evlərin damlarının qırılma buçağı çox iti qoyulurdu ki, damın üstünə yağan qar çox qalıb ağırlıqetməsin. Evlərin inşasışəhərin təsdiq edilmişbaş planına uyğun aparılırdı. Həyətyanı sahələr əsas küçəyə baxmırdı, mütləq şəkildə evin arxasında olmalı idi. Mülklərin hasarları bir məhəllədəki evin arxasında yerləşən həyətyanı sahə ilə digər məhəllənin əsas küçəsinə baxan evin arx- asında yerləşən həyətyanı sahəsinin arasında olardı. Bu səbəbdən də əsas küçələrdən həyətyanı sahələr ümumiyyətlə görünmür, küçədən birbaşa giriş qapısından evlərədaxil olmaq olurdu.Şuşadakı evlərin hamısının pəncərə və qapılarıbirbaşa küçəyə baxırdı.Ona görə də şəhərdə gəzən insan hasarla

deyil, gözəl haşiyəli pəncərə və qapıları olan evlərlə rastlaşırdı. Küçələrə yerli mərmər daşlar döşənir, piyadalar üçün iri sal mərmər daşlardan səkilər qoyulur, küçələrdəisə rahat şəkildəfaytonlar, arabalar hərəkətedə bilird

 

Şuşanın çox uğurla işlənmiş böyük ölçülü, divarları daşla hörülmüş kanali-zasiya sistemi olub.Bəzi məlumatlara görə kanalizasiya xəttlərinin içərisində iki atlı yanaşı sərbəsthərəkət edə bilirmiş. Şəhərin çox təmizolmasının əsas səbəblərindən biri də belə mükəmməl kanalizasiya sisteminin qurulması idi. Şəhərin təmizolmasının digər bir səbəbi isə Şuşa platosunun aşağı hissə-

si ilə yuxarı hissəsinin arasındadəniz səviyyəsindən yüksəklikdə 300 metrə

qədər fərqin olmasıdır. Yəni Çuxur məhəllənin yerləşdiyi ərazinin dəniz səviyyəsindən yüksəkliyi 1300 metr təşkil etdiyi halda, Köçərli və Mamayı məhəllələrinin yuxarı hissəsinin yerləşdiyi ərazinin dəniz səviyyəsindən yüksəkliyi 1600 metrə yaxındır.

Burada bir haşiyə çıxmaq istərdim. Relyefin belə kəskin fərqli olması səbəbindən şəhərin aşağı hissəsində meyvələr, əsasən də tut meyvəsi artıq sovulduğuvaxt, yuxarı hissədə yenicəyetişir. Yəni piyadacəmi 15 dəqiqəərz- ində şəhərinyuxarı hissəsinə getməklə aşağıhissədə artıq sovulmuş meyvədən yenidən dadmaq mümkündür.

 

Bu səbəbdən yağış suları da bir yerdə toplanıb qalmır, axıb gedirdi. Küçələr isə ağ mərmər daşlarla döşənmiş olduğundan yağışdan sonra şəhər daha təmiz, daha təravətli olurdu. Lap şüşə kimi. Bəzi mülahizələrə görə Pənahabad adlandırılmış şəhərin adının sonradan dəyişdirilərək Şuşa qoyul- masının səbəblərindən biri də şəhərinşüşə kimi şəffafolmasından irəli gəlib.Yəni, “Şüşə” - “Şuşa”.

Onu da xüsusilə vurğulamaq vacibdir ki, Şuşanınel arasında tanınmışdaha bir adı Qaladır. Bu gün də yaşlı nəslin nümayəndələri Şuşanın adını “Qala” kimi çəkirlər. XX əsrin ortalarına kimi isə insanların əksəriyyəti Şuşaya Qala deyərdilər. Bu da şəhərineyni zamanda qala olmasından irəli gəlir.

 

Ələxsus da şəhər ətrafında yerləşənkəndlərin sakinləri Şuşaya gedib qayıdarkən “Qalaya gedirəm”, “Qaladangəlirəm” kəlmələrini işlədirdilər.

Bir sıra evlərin memarlıq üslubu bütün zamanlarda aktual olub. Məsələn, Cahangir xanın evinin (Şuşa rayon Polis Şöbəsinin yerləşdiyi bina) giriş qa- pısı blok sistemlidir. Küçədən başı xonçalı giriş qapısından içəri girəndən sonra pilləkənlərlə yuxarı qalxıb otaqlara daxil olursan. Evin pəncərələri döşəməyə çox yaxındı, yəni döşəmədən ən çox 20 sm. hündür qoyulub. Fay- tonun həyətə girişi üçün binanın özündə iri darvaza var. Belə evlərdə, hələ XIX əsrdə, ikinci və hətta üçüncü mərtəbələrdə hamam otağı olurdu. Çirkab suyunaxıdılması üçün sal mərmər daşlardan sifon tipli axarlardüzəldilirdi ki, bu da borudan xoşagəlməz qoxu gəlməsinin qarşısını alırdı.

 

Ötən əsrin 80-ci illərində Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Tofiq Süleymanovun təşəbbüsü ilə Şuşa şəhəri və ətraf ərazilərdə aparılan axtarışlar zamanı daş kitabələr, yerli mərmərdən hazırlanmış müxtəlif bu kimi eksponatlar aşkaredilib toplanaraq, Şuşa qalasının Gəncə qapısı yaxınlığında açıq səma altında muzey təşkil edilmişdi.

 

Eyni sözləri Hacı Qulunun, Xan qızı Natəvanın, Bəhmən Mirzə Qacarın, Əsəd bəyin, Mehmandarovların və b. saray komplekslərinə daxil olan evlər, Hacı Bəşirin, Hacı Dadaşın, Zöhrabbəyovların və b. malikanələri və bir çox digər evlər barədə də demək olar.

 

Qarabağ taciri Hacı Qulunun malikanəsi. 1851-ci ildə inşa edilmişdir.

Ölkə əhəmiyyətli memarlıqabidəsidir.

Milli dəyərlər nəzərə alınmaqla tikilmiş 3 mərtəbəli sarayda 46 otaq və 2 böyük qonaq zalı olub.

 

Fərdi yaşayış evləri ilə yanaşı Şuşanın ictimai binaları da çox möhtəşəm tikililərdən ibarət idi. Bura məscidlər, mədrəsələr, karvansaraylar, dükkanlar, hamamlar, teatr binaları və s. aid etmək olar. Şuşada inşa edilən binaların əksəriyyətinin memarı məşhur memar Kərbəlayi SəfixanQarabaği olub. Onun dəsti-xətti memarı olduğu bütün tikililərdə görünür.

Çox nəfis memarlıq üslubunu tətbiq edən Kərbəlayi Səfixan Aşağı və Yuxarı Gövhər Ağa, Saatlı, Çöl Qala və digər məscidlərin, o cümlədənMəşə- di Şükür Mirsiyab oğlunun, Ağa Qəhrəman Mirsiyab oğlunun, Səfərov Qar- daşlarının, Xanlıq Muxtarın karvansarayları, eyni zamanda “Şirin su” hama- mının, Məşədi İbrahimin hamamının və başqa tikililərin memarı olmuşdur. Kərbəlayi Səfixan bundan başqa Ağdam cümə məscidinin, Füzuli, Horadiz, Zəngilan və Bərdədə olan məscidlərin, bəzi məlumadlara görə Odessa və Aşqabaddada XIX əsrdə inşa edilmişməscidlərin müəllifidir.

Şuşada maddi baxımdan imkanlı şəxslərin sayı çox olduğundan evlər biri digərindən maksimal dərəcədə dəbdəbəlitikilirdi. Bütün bu sadalananlar, Şu- şanın çox gözəl bir şəhər olmasına səbəb oldu. Ümumiyyətlə, Şuşanın me- marlığıbarədə çox yazıb,çox danışmaq olar,bu tükənməz mövzudur.

 

Təəssüf ki, Şuşa şəhəri işğala məruz qalandan sonra erməni işğalçıları, şəhərin Azərbaycana aid olmasını təsdiq edən dəlilləri məhv etmək məqsədi ilə Beynəlxalq təşkilatların işğal olunmuş ərazilərdə tarixi abidələrin dağı- dılmasının yolverilməzliyi barədə tələblərinə heç bir məhəl qoymadan sözün əsil mənasında möcüzələr diyarı olan Şuşanı yerlə yeksan etdilər.

27 sentyabr 2020-ci ildə, torpaqları işğal altında saxlamaqla kifayətlən- məyən erməni terrorçularının növbəti təxribatlarına cabab olaraq böyükhaqq savaşı başladı. 1988-ci ilin əvvəllərindən başlamaqla, bütün çirkin əməllərə əl ataraq 1994-cü ilə kimi 6 il ərzində işğal etdiyi torpaqları 44 günə qoyub qaçdı mənfurdüşmən. Gücü dinc əhali, qadın, uşaq, qoca və xəstəyəçatan bu terrorçular igid və hazırlıqlı Azərbaycan əsgərinin qarşısında tab gətirə bil- məzdi. 1988-ciildən 1994-cü ilə kimi bizə qarşı terror törətməklə xalqımızın ruhunu sındrmağa çalışırdı bu mənfur düşmən. Sərnişin avtobuslarını daşa, gülləyə tutmaqla,sakinlərimizi tək-tək izləyibgirov götürməklə, öldürməklə, başqa terror əməllərinə əl atmaqla əliyalın, köməksiz və müdafiəsiz əhalinin gözünü qorxutmağa, doğma yurdundan didərgin salmağa çalışırdılar. Gücüyalnız əli yalın insanlara çatırdı bu düşmənin.Ən nəhayət, törətdikləri say-

sız-hesabsız cinayətlərə dünya dövlətlərinin göz yummasından quduzlaşan düşmənimiz, şəhər və kəndlərimizə hücumlar təşkil etməyə başladı. Bir sıra böyük dövlətlərin siyasi, maddi, həm də hərbi dəstəyi isə bu quduzları daha da azğınlaşdırdı. Nəticədə Xocalı soyqırımı kimi dəhşətli faciə törədildi. Xalqımızın müdafiəsinə qalxmış igid əsgərlərimiz isə vahid komandanlığın olmaması, ölkədə baş verən siyasi çəkişmələrin ağır nəticələrə gətirib çıxar- ması səbəbindən uğur əldə etməkdəçətinlik çəkirdilər. Lakin buna baxmaya-raq, I Qarabağ savaşında da, o dövrdə hökm sürən çətin siyasi şəraitdə igid əsgərlərimiz düşmənə sarsıdıcı zərbələr vurmaqla qələbələr əldə edirdilər. Buna Goranboy rayonunun bir hissəsinin erməni terrorçularından təmizlən- məsi, 1992-ci ilin yay aylarında Ağdərənin işğaldan azad olunması, Laçın rayonunun Hoçaz dağında mövqe qurulması və s. misal gətirmək olar. Lakin, yuxarıda qeyd etdiyimiz kimi, vahid komandanlığın olmaması, iri dövlət- lətin Ermənistana hərtərəfli dəstək göstərməsi, problemin həllinə ikili stan- dartlardan yanaşmaları bu uğurların davamlı olmasına mane oldu. Nəticədə xalqımıza qarşı qırğınlar Qaradağlıda, Malıbəylidə, Ağdabanda, Meşəlidə və başqa kəndlərimizdə də törədildi. Qırğınlartörədilən şəhər və kəndlərimiz iş- ğal olunur, canını qurtara bilən dinc əhali doğma ocaqlarını tərk edir, erməni terrorçuları isə həmin yaşayış məntəqələrimizi əvvəl talan, sonra isə məhv edir, xarabalığa çevirirdi. Nəticədə bir çox şəhərvə kəndlərimiz, o cümlədən Şuşamızişğala məruz qaldı.

Erməni terrorçularının hədəfinin dinc əhali olması özlərinin etirafları ilə də sübuta yetirilirdi. Ermənistanın keçmiş prezidenti, 1992-ciilin fevral ayın- da qanunsuz separatçı rejimin “özünü-müdafiə qüvvələri komitəsi” adlandı- rılan terrorçu dəstəninrəhbəri olmuş Serj Sarkisyan jurnalistTomas de Vaalamüsahibəsində belə demişdi: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əha- liyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”. Jurnalistin minlərlə ada- mın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına Serj Sarkisyan utanmadan belə cavab vermişdi: “Mən heç bir təəssüf keçirmirəm... hətta minlərləəhali ölərsə bu cür sərt gedişlər zəruridir”.

Erməni terrorçuları məhv etdiklərini etdilər, talan etdiklərini Qarabağdan çıxardılar. Ancaq yenə də dayanmadılar, sakitləşmədilər. Onlar artıq şəhərləri- mizi erməniləşdirməyə başlamışdılar, maddi və mənəvi dəyərlərimizi ermənidəyəri kimi təqdimedir, tarixi saxtalaşdırırdılar. 8 may 1992-ciildə Xankən- di şəhərində dislokasiya olunan SSRİ-dən qalma 366-cı motoatıcıalayının

hərbi texnikası və şəxsi heyətinin bilavasitə iştirakı ilə Şuşa şəhərini işğal edən erməni terrorçuları abidələr şəhəri olan Şuşanı böyük dağıntılara məruz qoydular. Şuşanı erməniləşdirməyə çalışanerməni vəhşiləri tarixidəyərindən asılı olmayaraqşəhərin Azərbaycana məxsus olmasını təsdiq edən bütün abi- dələri darmadağın etdilər, abidələr üzərindəki tarixi lövhələri, daş kitabələri məhv etdilər. Erməni işğalçıları abidələr haqqındaməlumatları saxtalaşdır- maq məqsədi ilə daş kitabələr üzərindəki məlumatları vəhşicəsinə məhv edir və onların üstündən həqiqətə uyğun olmayan məlumatlar yazmaqla abidələri erməniləşdirir, küçə və məhəllələrin adlarını dəyişdirərək ermənicə adlandı- rırdılar.

I Qarabağ müharibəsindən sonra çətin, uzun sürən, ədalətsiz danışıqlar prosesi başladı. Məkrli düşmən öz çirkin məqsədlərinə çatmaq üçün bu və- ziyyətdən də sui-istifadə etməyə çalışdı. Onlar öz havadarlarının köməyi ilə Qarabağ probleminin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prose- sini süni surətdə uzatmaqla nəsillər dəyişdikcə, canlı şahidlərin dünyadan köçməsi nəticəsində Qarabağın Azərbaycan xalqı tərəfindən unudulacağına ümid bəsləyir və, elə zənn edirdilər ki, Azərbaycanda dünyayagöz açmış yeni nəslin nümayəndələri görmədikləri dəyər uğrundamübarizə aparmayacaqlar. Ancaq ermənilərin bu cəhdləri əks effekt verdi. Bu dəfə Qarabağ uğrunda savaşa əsasənQarabağı heç vaxt görməyən gənclərimiz qalxdı və bununlaer- mənilərin bu stereotipini də qırdı. Çünki Azərbaycan xalqı bu torpaqlara bü- tün qəlbi, ruhu,qanı və canı ilə bağlıdır. Gənclərimiz bu torpaqlarda heç vaxt olmasalar belə, bura bütün varlıqları ilə bağlıdırlar. Çünki Qarabağ Azərbay- canınəzəli torpağıdır, Qarabağ - Azərbaycandır!

Bu dəfə erməni terrorçularının qarşısında hazırlıqlı, vahid komandanlıq altında birləşlmiş, bütün müasir silah və avadanlıqlarla təchiz edilmiş ordu dayanmışdı. Qarabağın işğalından sonra dünyaya gəlmiş, erməni təbliğat maşınının “tərbiyəsi” altında böyümüş yeni nəsil ermənilər, “qəhrəmanlıq” nağıllarının təsiri nəticəsində Azərbaycan Ordusunun gücünə heç vaxt inan- mazdılar, odur ki, özlərini məğlubedilməz hesab edirdilər. Ancaq Azərbaycan ordusu nələrə qadir olduğunu düşmənə nümayiş etdirdi.

Və nəhayət, o gün gəldi!Qəlbimizdə sevincdən yarananqəhərlə, gözlərdə sevincdən yaranan yaşlarla, sözlə ifadə edilməyənqarışıq hisslərlə gəldi illər- dir həsrətlə gözlədiyimiz o gün. Ali Baş Komandanımızın bu sözləri ilə gəldi o gün: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bu sözlər qurumuş və cadar-cadar olmuş torpağa hopan

dupdurusərin su kimi axdı qəlblərimizə. Uşaqdan böyüyə hər kəsi duyğu-landırdı bu sözlər.44 günlük Vətən müharibəsi ərzindəbütün Qarabağ işğal-dan azad edildi. Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad olması xəbərini də tam fərqli elan etdi. Çünki Şuşa daşlardan tikilmiş adi bir şəhər deyil,o, canlı orqanizmdir, onun ruhu var - azərbaycanlı ruhu. O düşmənəlinə keçən gündənzahiri görkəmini bürümüşbir qəmginliklə sanki düşmənə təslimolmadığını və bu yolla onunlaazadlıq uğrunda mübarizəapardığını göstərməyə çalışırdı. O, öz doğmalarını - bizi gözləyirdi. Onu xilas etməkhər birimizin borcu idi. Azərbaycanlılarsız Şuşa heç vaxt çiçəklənə bilməzdi.Elə buna görə də Ali Baş Komandan Şuşanın azad olunması xəbəriniverərkən, sanki canlıya müraciətetdi. Sanki, o, əsirlikdən azad edilmiş Azər-baycan vətəndaşına müraciətetdi. Bəli, Şuşa doğrudan da canlıdır və o, azər- baycanlıdır. O bizim atamız,anamız, qardaşımız, bacımızdır. O, həqiqətən də Azərbaycan vətəndaşıdır, özü də daimi vətəndaşı. Atalarımızdan, babala- rımızdan bizlərə əmanət qalan və gələcəknəsillərə əmanət kimi ötürüləcək

dəyərimizdir.

Müharibə başlayan ilk gündən Ali Baş Komandanın xalqa müraciətlərin- də işimizin haqq işi, məqsədimizin Qarabağın azad edilməsi,Şuşasız işimizin yarımçıq qala bilməsi kimi sözləri hər birimizdə, ən əsası isə əsgərlərimizdə qələbəyə inamı artırırdı. Və sonda uğurlu siyasət, vahid komandanlıq, xalqı- mızın birliyi, müzəffər ordumuzun qəhrəmanlığı xalqımıza qələbə sevincini yaşatdı.Düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Və 44 günlüksavaş qələbə ilə başa çatdı.

Tarixi günlər yaşadıq, xoşbəxt olduq,Azərbaycan xalqı nələrə qadir oldu-ğunu bütün dünyayagöstərdi. Bu günləriözümüzə hər birimizyaşatdıq, hərə- miz öz sahəmizdə bu günü qarış-qarış yaxınlaşdırmaq məqsədi ilə əlimizdən gələnietdik. Ancaq əlbətdə ki, ən ağır yük müzəffərordumuzun üzərinə düş- dü. Şəhidlərimiz, qazilərimiz oldu. Onlar bəxş etdilərbu qələbəni bizə.

Bu qələbəyə nail olmaq siyasi arenada da düşünülmüş addımların atılma- sını tələb edir. Əks haldaməsələyə ikili standartlardan yanaşan iri dövlətlərin təsirindən yan keçmək mümkün olmazdı. I Qarabağ savaşından sonra ölkə rəhbərliyi qələbəni yaxınlaşdırmaq üçün durmadan çalışdı. Uğurlu siyasi ad- dımlar bu günü yaxınlaşdırırdı.

Həqiqətən də, həm ölkə rəhbərliyinin, həm ziyalılarımızın, həm də sadə vətəndaşlarımızın dəstəyi sayəsində xalqımız bir an belə ümidsizliyə qapıl- madı. Biz bu haqq işimizdə sondaqələbə qazanacağımıza əmin idik və nəhəng bir qüvvəyə çevrilən bu əminliyin sayəsində böyük qələbəyə nail olduq.

Bu qələbədən sonra hər kəs Qarabağın, Şuşanınartıq azad olmasısevincini yaşayır, hər gün doğma yurduna dönəcəyi günü gözləyir.

 

Qısa müddət ərzində Şuşaya yeni yolun, elektrik xəttlərinin çəkilməsi, Füzulidə hava limanının inşası, infrastrukturun sıfırdan qurulması, saysız hesabsız nəhəng layihələrin əsasının qoyulması prosesinə başlanıldı.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin